» » » Ata 14 yaşlı oğlu ilə narkotik daşımaq istədi..-AZƏRBAYCANDA

Ata 14 yaşlı oğlu ilə narkotik daşımaq istədi..-AZƏRBAYCANDA

Ata 14 yaşlı oğlu ilə narkotik daşımaq istədi..-AZƏRBAYCANDA

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriy­yəsinin və qaçaqmalçılığın qarşısının alınması, Xəzər dənizinin Azərbaycan Respub­likasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi istiqamətində fəaliy­yətlərini uğurla davam etdirirlər.

Ucarliyiq.biz apa-ya istinadən xəbər verir ki, ölkəyə növbəti dəfə narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Belə ki, Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahə­dən İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. 8 sentyabr 2016-cı il tarixdə saat 23:00 radələrində Füzuli rayon sakinləri Məmmədov Rəşad Rəsul oğlu və İsayev Bəxtiyar Möhübbət oğlu narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Əliyev Ramil Hüseynağa oğlu müəyyənləşdirilərək saxlanılıb. 9 sentyabr 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfin­dən Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazi­sində həyata keçirilən tədbir­lər nəticəsində qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Babaşov Novruz Mirzəkişi oğlu və 2001-ci il təvəllüdlü Babaşov Dadaş Novruz oğlu Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanılıblar. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstərən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində yaxalanıb.

Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlama­da 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.