» » » Hərracda dava polis, komitə ayağa qalxdı - YENİLƏNİB

Hərracda dava polis, komitə ayağa qalxdı - YENİLƏNİB

Hərracda dava polis, komitə ayağa qalxdı - YENİLƏNİB

Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bu gün keçirdiyi ilk açıq hərracda dava düşməsinə münasibət bildirib. Qurumun mövqeyini report-a açıqlamasında ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov çatdırıb.

Onun sözlərinə görə, özəlləşdirmə zamanı mübahisəyə səbəb olmuş obyekt adi qaydada hərraca çıxarılıb, dava salan adam isə hərrac iştirakçısı olmadığı halda onun sahibinə çevrilmək istəyib: "Həmin əmlak sağlam rəqabət şəraitində özəlləşdirilib. Dava salan adam isə hərraca iştirakçı kimi qatılmayıb, yəni o, hərracda iştirak hüququ əldə etməyib, buna görə də, əmlakın özəlləşdirilməsində iştirak edə bilməyib".

ƏMDL rəsmisi qeyd edib ki, hərracda qanunvericilikdə müəyyən edilmiş iştirak qaydaları var və bu qaydalara hamı əməl etməlidir: "İstənilən yerli və xarici investor hərraca qatıla bilər. Bir ay əvvəlcədən hamıya imkan yaradılıb ki, özəlləşdirmə portalına, ƏMDK-nın rəsmi internet səhifəsinə daxil olub, eləcə də "Mülkiyyət" qəzetini alıb hərraca çıxarılacaq obyektlərin ünvanı, şəkilləri, iqtisadi və texniki göstəriciləri, ilkin satış qiyməti ilə tanış olsunlar. Hərraca 3 bank günü qalmış isə sifariş vermək olar. Yəni, vətəndaş özəlləşdirmək istədiyi daşınar və daşınmaz əmlakı seçir, həmin əmlakın qiymətinin 10%-i qədər banka beh ödəyir və bu yolla da sifariş verilir, hərracda iştirak etmək üçün bilet əldə edilir. Həmin işi həm elektron, həm də adi qaydada görmək mümkündür".

Xatırladaq ki, mübahisə Bakının Nəsimi rayonunda yerləşən ticarət obyektinin özəlləşdirilməsi zamanı yaranıb. Start qiyməti təxminən 30 min manat olan mağazada uzun illər icarədar kimi fəaliyyət göstərmiş Vəliyəddin Məmmədov obyektin başqası tərəfindən özəlləşdirilməsinə etiraz edib. Vətəndaş özəlləşdirmə zamanı ona üstünlük verilməli olduğunu deyib. ƏMDK-nın nümayəndələri isə belə bir qaydanın olmadığını, dövlət əmlakının özəlləşdirilməsi zamanı bütün vətəndaşlara eyni cür yanaşıldığını bildirib. Bununla belə, şikayətçi ona qarşı haqsızlığa yol verildiyini iddia edib. V.Məmmədov əraziyə çağırılmış təcili tibbi yardım və post patrul xidmətinin əməkdaşlarının köməyi ilə hərracının keçirildiyi, Heydər Əliyev prospekti,105 ünvanında yerləşən ƏMDK-nın İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binasından kənarlaşdırılıb.

-----------

13:20

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bu gün keçirdiyi ilk açıq hərracda dava düşüb.

Ucarliyiq.biz report-a istinadən xəbər verir ki, mübahisə Bakının Nəsimi rayonunda yerləşən ticarət obyektinin özəlləşdirilməsi zamanı yaranıb.

Start qiyməti təxminən 30 min manat olan mağazada uzun illər icarədar kimi fəaliyyət göstərmiş Vəliyəddin Məmmədov obyektin başqası tərəfindən özəlləşdirilməsinə etiraz edib: "Mənə dedilər ki, 10% beh ödə, qalanını isə hərracda ödəyərsən. Mən də bankdan kredit götürüb 3 min manata yaxın beh ödədim. Amma burada mağazanı başqası özəlləşdirdi. İcarədar kimi mənə üstünlük verilməli idi".

ƏMDK-nın nümayəndələri isə belə bir qaydanın olmadığını, dövlət əmlakının özəlləşdirilməsi zamanı bütün vətəndaşlara eyni cür yanaşıldığını bildiriblər. Bununla belə, şikayətçi ona qarşı haqsızlığa yol verildiyini iddia edib. Vətəndaş əraziyə çağırılmış təcili tibbi yardım və post patrul xidmətinin əməkdaşlarının köməyi ilə hərracın keçirildiyi Heydər Əliyev prospekti,105 ünvanında yerləşən ƏMDK-nın İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binasından kənarlaşdırılıb.