» » » Maşını oğurlayıb qaçmaq istədi, YPX avtomobili ilə toqquşdu-Bərdədə

Maşını oğurlayıb qaçmaq istədi, YPX avtomobili ilə toqquşdu-Bərdədə

Maşını oğurlayıb qaçmaq istədi, YPX avtomobili ilə toqquşdu-Bərdədə

Bərdə rayonunda avtomobil oğurluğu hadisəsi baş verib. Ucarliyiq.biz xəbər verir ki, bu barədə "Report"un Qarabağ bürosu xəbər verir ki, yerli sakin Namiq Məmmədov ona məxsus "VAZ 2107" markalı avtomobilin oğurlanması barədə polisə məlumat verib.
Rayon Polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobilin yeri müəyyən edilib. Rayonun Heydər Əliyev prospektində avtomobil ilə hərəkətdə olan sürücü polisin "saxla!" əmrinə tabe olmayıb və qaçmaq istərkən Sənaye küçəsində Yol Patrul Xidmətinin BMW markalı maşınlarından birinə çırpılaraq dayanıb.
Qəza zamanı hər iki avtomobilə ziyan dəyib. Maşını oğurlayan şəxs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.