» » » Ucarda həkim səriştəsizlidən ölən oğlanla bağlı NAZİRLİKDƏN REAKSİYA

Ucarda həkim səriştəsizlidən ölən oğlanla bağlı NAZİRLİKDƏN REAKSİYA

Ucarda həkim səriştəsizlidən ölən oğlanla bağlı NAZİRLİKDƏN REAKSİYA

Səhiyyə Nazirliyi Dünən Ucar rayon Mərkəzi Xəstəxanasına yüngül qızdırma ilə yerləşdirilən Ucar rayon Qazyan kənd sakini Rəhim Ələkbərov Polad oğlunun ölümünə münasibət bildirb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkaşı Səfayə Əhmədova Ucarliyiq.biz-a açıqlamasında bildirib ki, xəstə kəskin tənəffüs çatışmazlığı və hərarətlə xəstəxanaya gətirilib.

"Lakin, valideynlərinin təkidi ilə xəstəxanada qalmayıb, Yardım göstərildikdən sonra evə aparılıb. Hadisə baş verən günün səhəri yenidən ağırlaşdırılmış vəziyyətdə xəstəxanaya gətirlib. Bütün müdaxilələrə baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb".

Ələkbərov Rəhim Polad oğlunun ölümünə səbəb olan diaqnoz tibbi ekspertiza tərəfindən araşdırılmalıdr.

Qeyd edək ki, dünən saat 11 radələrində 1992-ci il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olmuş Ələkbərov Rəhim Polad oğlu Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Əliyevin səriştəsizliyi nəticəsində dünyasını dəyişib.

Səhər saatlarında Rəhim Ələkbərovun yüngül qızdırması oldu deyə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gətirilib. Təcili Yardım Şöbəsində oranın baş həkimi Ramil Əliyev xəstəyə sistem qoyub və bundan sonra Rəhimin halı pisləşib. Az sonra isə o, dünyasını dəyişib.

Hazırda mərhumun meydi ekspertiza edilir.

Aysel

Ucarda həkim səriştəsizlidən ölən oğlanla bağlı NAZİRLİKDƏN REAKSİYA