» » » İşadamlarına görə - Qaralovdan ukraynalı həmkarına müraciət

İşadamlarına görə - Qaralovdan ukraynalı həmkarına müraciət

İşadamlarına görə - Qaralovdan ukraynalı həmkarına müraciət

Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərlə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət ünvanlayıb.

Baş Prokururluqdan Ucarliyiq.biz-a verilən məlumata görə, müraciətdə son dövrlər Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlər qəti şəkildə pislənib.

Müraciətdə azərbaycanlılara qarşı, o cümlədən Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlər qəti şəkildə pislənib.

Ayrı-ayrı şəxslər tərəfindən yol verilmiş bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub