» » » 10 günlük gəlinin müəmmalı ÖLÜMÜNÜN ƏSAS SƏBƏBİ - (YENİLƏNİB)

10 günlük gəlinin müəmmalı ÖLÜMÜNÜN ƏSAS SƏBƏBİ - (YENİLƏNİB)

10 günlük gəlinin müəmmalı ÖLÜMÜNÜN ƏSAS SƏBƏBİ - (YENİLƏNİB)

26 yaşlı gəlinin ölümü ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da açıqlama verib.

Publika.az-ın xəbərinə görə, o bildirib ki, P.Zərbəliyeva xəstəxanaya gətiriləndə təzyiqi çox aşağı olub: "Baş həkimin bizə verdiyi məlumata görə, xəstəni özü qəbul edib. Bir nəfər qucağında qadın xəstəxanaya gətirilib. Xəstəxanaya gətirilərkən qadının təzyiqi çox aşağı olub. Onu vəziyyətdən çıxartmağa çalışıblar. İynə vurulub. Heç həkimlərin xəstəni xəstəxanaya aparmasına icazə verilməyib, yardımı həyətdə göstərmələrini tələb ediblər. Lakin ailə səs-küy salaraq xəstəni aparmaq istəyib. Xəstəxanada xəstə heç qeydiyyata alınmayıb, çünki yaxınları onun ad, soyadını belə deməyiblər".

S.Əhmədova bildirib ki, hadisəni hüquq-mühafizə orqanları araşdırır.

***

Ötən gecə Zərdaba 10 günün gəlini 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyevanın müəmmalı şəkildə dünyasını dəyişməsinin ilkin səbəbi müəyyən edilib.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, P.Zərbəliyevanın qan xəstəliyi olub və həkimlər onun ailə qurmasına icazə verməyib.

O, Ağsu rayonundandır, bir neçə gün əvvəl kəndə gəlin köçüb. Birdən-birə dünən halı pisləşib. Kənd həkimini çağırıblar, o da baxıb, məsləhət görüb ki, rayon xəstəxanasına aparsınlar. Amma gəlin yolda dünyasını dəyişib.

Sakinlər deyir ki, Pərvanənin qan xəstəliyi olub. Ailəsinin və oğlan evinin də bundan xəbəri olub, lakin hər iki tərəf evliliyə narazı qalmayıb.

P.Zərbəliyevanın qayınatası Məcid Sarıyev isə Publika.az-a bildirib ki, gəlinində heç bir xəstəlik olmayıb: "İki gün əvvəl ayaqlarında ağrılar başlayıb. Biz də dünən apardıq Zərdab rayon Mərkəzi Xəstəxanasına, orada iynə vurdular, birdən vəziyyəti dəyişib. Bədəni iynəni qəbul etməyib.İynədən sonra qanda tromblaşma gedib. Bizə dedilər ki, təcili Ucar rayon mərkəzi xəstəxanasına çatdıraq. Ora aparanda yolda dünyasını dəyişdi. Prokurorluqdan gəlib, hamımızın ifadəsini götürüblər".

***
Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında baş verib.

Ağsu rayonundan 10 gündür ki Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayononun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon Xəstəxanadan verilən məlumata görə , mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.