» » » Bakıda yolu keçmək istəyən 64 yaşlı qadın öldürüldü

Bakıda yolu keçmək istəyən 64 yaşlı qadın öldürüldü

Bakıda yolu keçmək istəyən 64 yaşlı qadın öldürüldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini Ceyhun Rüstəmov idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən 64 yaşlı Humay Əhmədovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.