» » » İtkin düşən şəxsin meyidi su kanalından tapıldı

İtkin düşən şəxsin meyidi su kanalından tapıldı

İtkin düşən şəxsin meyidi su kanalından tapıldı

Ötən gün axşam saatlarında Şəmkir rayon Kür qəsəbə sakini Anar Bayramov idarə etdiyi "VAZ 21039" markalı avtomobillə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ucarliyiq.biz xəbər verir ki, Kəpəz TV (Region TV) bildirir ki, itkin düşən şəxsin axtarışları bu gün səhər saatlarında nəticə verib. Onun avtomobilində olan meyidi qəsəbə ərazisindən keçən su kanalından tapılıb. Qəza keçirən Anar Bayramovun cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə aparılıb.

Rayon Polis İdarəsində fakt üzrə araşdırma aparılır.