» » » İki avtomobil toqquşub-GƏDƏBƏYDƏ

İki avtomobil toqquşub-GƏDƏBƏYDƏ

İki avtomobil toqquşub-GƏDƏBƏYDƏ

Gədəbəydə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Gərgər kəndi ərazisində "İsuzu" markalı yük avtomobili ilə "VAZ-2106" toqquşub.

Nəticədə VAZ-da olan sərnişin, 1984-cü il təvəllüdlü Rafiq Cəfərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.