» » » Evində silah saxlayan şəxs ƏLƏ KEÇDİ

Evində silah saxlayan şəxs ƏLƏ KEÇDİ

Evində silah saxlayan şəxs ƏLƏ KEÇDİ

Yevlax rayon sakinindən tapança və 8 ədəd patron götürülüb.

Ucarliyiq.biz Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunan Razi Cəfərov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Naqan" tipli tapança və 8 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalara başlanılıb.