» » » Lənkəranda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralalanlar var

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralalanlar var

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralalanlar var

Ötən gün axşam saatlarında Lənkəranda baş vermiş yol qəzasında xəsarət almış qadın xəstəxanada ölüb.

Ucarliyiq.biz apa-ya istinadən xəbər verir ki, MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş rayonun Şağlakücə kənd sakini, 51 yaşlı Şinəxanım Fərəcovaya zəruri tibbi yardım göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Lənkəran-Lerik şosesinin rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəranın Şağlakücə kənd sakini, 26 yaşlı Fərahim Məlikzadənin idarə etdiyi "Nissan" markalı minik avtomobili sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza nəticəsində "Nissan"ın sürücüsü, eləcə də yaxın qohumları - 51 yaşlı Şinəxanım Fərəcova, 21 yaşlı Salatın Fərəcova və onun iki azyaşlı oğlu Hüseyn və Nur Fərəczadələr, eləcə də "Mercedes"in iki sərnişini - Malik Babayev və Mehman Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.