» » » Bacılardan Leyla hələ də reanimasiyadadır

Bacılardan Leyla hələ də reanimasiyadadır

Bacılardan Leyla hələ də reanimasiyadadır

Bir neçə gün əvvəl Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşən bacılardan biri, Leyla Qəhrəmanlının səhhəti hələ də ağırdır.

Ucarliyiq.biz bildirir ki, "Baku Medical Plaza"nın baş həkimin müavini Lalə Şəkərova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, L.Qəhrəmanlı hazırda reanimasiya şöbəsindədir: "Xəstənin vəziyyəti stabil-ağır olaraq qalır. Qəzadan sonra ilk olaraq "Semaşko" xəstəxanasına aparılıb, orada ilkin tibbi müdaxilə olunub. Sonra isə bizim klinikaya yerləşdirilib".

Bu arada qeyd edək ki, Leylanın bacısı Sürəyyə Qəhrəmanlı sözügedən qəzada vəfat edib. Onun yas mərasimi Sumqayıtda keçirilir.

Sosial şəbəkələrdə gənc qızların dostları və yaxınları onlarla bağlı xatirələrini paylaşıblar.

25 yaşlı Sürəyya isə sosial şəbəkədəki hesabında ölümündən bir neçə gün əvvəl həyatla bağlı bu paylaşımı edib:

"Həyat - nə qədər sadə səslənsən də, samitlərin qədər səs-küylü, bəzən qulaqları kar edəcək qədər səssiz, saitlərin qədər incəliklərlə, qalın layları xatırladan günbəgün üstüstə yığılan incəliklərlə dolu, hecaların sayda ikili rəng çeşidiylə, ağlı-qaralı dünyamızın təcəssümüsən. Bəzən ruha xoş gəlirsən, bəzən ruhdan düşməyimizə səbəbsən"