» » » Göyçayda polis xidməti avtomobili aşırdı və öldü

Göyçayda polis xidməti avtomobili aşırdı və öldü

Göyçayda polis xidməti avtomobili aşırdı və öldü

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucarliyiq.biz report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 207-ci kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Asiman Mustafayev idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobillə Göyçay rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Nəticədə avtomobilin sürücüsü Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat-axtarış üzrə müvəkkili A.Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.