» » » Bakıda daha bir avtobus qəzası: Ölən var

Bakıda daha bir avtobus qəzası: Ölən var

Bakıda daha bir avtobus qəzası: Ölən var

Bakının Xəzər rayonunda "İVECO" markalı avtobusla "Renault" markalı minik avtomobili toqquşub.

Ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.