» » » ŞOK! Gəlinini su üstündə döydülər - Ağdamda susuz həyat - VİDEO, FOTO

ŞOK! Gəlinini su üstündə döydülər - Ağdamda susuz həyat - VİDEO, FOTO

ŞOK! Gəlinini su üstündə döydülər - Ağdamda susuz həyat - VİDEO, FOTO

60-a yaxın ailənin yaşadığı Ağdam rayonunun Baharlı kəndinin sakinləri içməli su sarıdan çətinlik çəkirlər.

Ucarliyiq.biz Region TV-yə istinadən bildirir ki,artıq bir neçə ildir bu problemlə üzləşən kənd camaatı içməli suyu yaşayış məntəqəsindən 3 kilometr aralıda yerləşən bulaqdan rezin boru vasitəsilə gətirdiyini deyir.

Amma hazırda həmin borudan axıb tökülən su az gəldiyindən sakinlərin tələbatını ödəmir. Onların sözlərinə bəzi hallarda suyu hətta pulla da almalı olurlar. "Bu il su sarıdan daha çox çətinlik olub. 2-3 aydır su yoxdur" deyə Baharlı kənd sakini Məhəmməd Quliyev bildirib.

Sakinlərin bildirdiyinə görə, başqa bir problem isə su götürdükləri bulağın üstündə növbələrin yaranmasıdır.

Bəzi hallarda növbələr sakinlər arasında narazılıqlar yaradır. Bu vəziyyət hətta davaya qədər gedib çıxır: "Burda kim dayanırsa, hamısı suya görə dayanır. Yəni qadınlar. O gün mənim gəlinim növbə üstündə döyülüb. Su üstündə".

Sakinlər deyirlər ki, aidiyyatı qurumlar vəziyyətdən xəbərdardılar. Hətta onlara su çətinliyinin həll olunacağı barədə vədlər də verilib.

Məsələ ilə bağlı Ağdam rayon icra hakimiyyətindən isə bildirildi ki, Baharlıdakı su probleminin həlli istiqamətində işlər görülür.

Kənddə artezian quyusunun qazılması məqsədilə icra hakimiyyəti tərəfindən lazımi sənədlər hazırlanaraq aidiyyatı qurumlara göndərilib.

Yaxın bir neçə ay ərzində bu işin reallaşacağı bildirilir.