» » » Şəmkir və İmişlidə DƏHŞƏTLİ yol "terror"u

Şəmkir və İmişlidə DƏHŞƏTLİ yol "terror"u

Şəmkir və İmişlidə DƏHŞƏTLİ yol "terror"u

Şəmkir və İmişlidə ölümlə nəticələnən yol qəzaları baş verib.

Ucarliyiq.biz-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayonunun Kür qəsəbəsinin sakini Anar Bayramov idarə etdiyi "QAZ-31105" markalı avtomobili qəsəbə ərazisində aşırıb və hadisə yerində ölüb.

İmişli rayonunda isə rayonun Aranlı kənd sakini Həsənağa Sədiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmkəndlisi Narıngül Məmiyevanı vurub. Piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.