» » » Kürdə intihar edən qızın cəsədi tapıldı

Kürdə intihar edən qızın cəsədi tapıldı

Kürdə intihar edən qızın cəsədi tapıldı

Sabirabadda 3 gün əvvəl özünü Kür çayına ataraq intihar etmiş 20 yaşlı Sehranə Qəhrəmanovanın cəsədi bu gün səhər saatlarında batdığı yerdən 7-8 km aralıda FHN-nın dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Ucarliyiq.biz virtualaz.org-a istinadən bildirir ki, xəbər verildiyi kimi sentyabrın 13-də Sabirabad rayonunun Narlıq kənd sakini 1996-cı ildə anadan olmuş Qəhrəmanova Sehranə Polad qızı özünü Kür çayına ataraq intihar etmişdi.

Kənd sakinlərinin saytımıza verdiyi məlumata görə Sehranə Qəhrəmanova ruhi xəstəlikdən əziyyət çəkdiyi üçün bir müddət əvvəl həyat yoldaşından ayrılaraq atası evində yaşayırmış.