» » » TƏCİLİ ! Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

TƏCİLİ ! Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

TƏCİLİ ! Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakıda yanğın hadisəsi qeydə alınıb. Ucarliyiq.biz-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında baş verib. Nəticədə avtomobil dayanacağında quraşdırılmış 15 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb. Hadisə zamanı 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Avtomobil dayanacağı və mənzillər yanğından mühafizə olunub.