» » » Bakıda 46 yaşlı kişi özünü yandırıb-QISQANCLIĞA GÖRƏ

Bakıda 46 yaşlı kişi özünü yandırıb-QISQANCLIĞA GÖRƏ

Bakıda 46 yaşlı kişi özünü yandırıb-QISQANCLIĞA GÖRƏ

Bakıda intihara cəhd olub.

Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Maştağa sakini, 1970-ci il təvəllüdlü Etibar Cəlal oğlu Bünyatov Binə qəsəbəsi ərazisində üzərinə benzin tökərək özünü yandırıb. Ərazidəki şəxslərin köməkliyi ilə yanğın söndürülüb.

Nəticədə üz nahiyəsindən yanıq xəsarəti alan E. Bünyatov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E. Bünyatov qısqanclıq səbəbindən intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.