» » » 22 yaşlı gənc tüfənglə özünə xəsarət yetirib - ŞƏKİDƏ

22 yaşlı gənc tüfənglə özünə xəsarət yetirib - ŞƏKİDƏ

22 yaşlı gənc tüfənglə özünə xəsarət yetirib - ŞƏKİDƏ

Şəkidə tüfənglə quş ovlamaq istəyən 22 yaşlı gənc ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün səhər saatlarında Şəki şəhəri, Ağamalıoğlu küçəsi ev 95 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Həsən Gündüz oğlu Həmidov sol əlin və sol bazu nahiyəsinin qırma yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Vəziyyəti orta-ağır qiymətləndirilən 22 yaşlı Həsən Həmidovun üzərində hazırda cərrahiyə əməliyyatı aparıldığı bildirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə Həsən Həmidovun yaşadığı ünvanda baş verib. Həsən Həmidov 16 çaplı ov tüfəngi ilə həyətdə quş vurmaq istəyən zaman ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.(apa)