» » » Tovuzda ev partlayıb, xəsarət alan var

Tovuzda ev partlayıb, xəsarət alan var

Tovuzda ev partlayıb, xəsarət alan var

Tovuzda yaşayış evində partlayış olub.
Ucarliyiq.biz-ın bildirdiyi xəbərə görə, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini Kəmalə Məşiyevanın evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə yanıq xəsarəti alan K.Məşiyeva xəstəxanaya yerləşdirilib.