» » » TƏCİLİ ! Tərtərdə TƏHLÜKƏLİ AN

TƏCİLİ ! Tərtərdə TƏHLÜKƏLİ AN

TƏCİLİ ! Tərtərdə TƏHLÜKƏLİ AN

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtərdə qazıntı işləri aparılan küçədə təhlükəli əraziyə baxış keçirib.

ANAMA-dan verilən məlumata görə, baxış zamanı oradan 1 ədəd partlamamış hərbi sursat (9M22U Qrad raketinin mühərrik hissəsi) aşkarlanaraq götürülüb, 500 kv.m ərazi yoxlanılıb.

Agentlik 7 Aprel – 19 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirib. Bu müddətdə 3480 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina zərərsizləşdirilib.(apa)