» » » Kişi ağacdan yıxıldı, dalağı partladı-ZAQATALADA

Kişi ağacdan yıxıldı, dalağı partladı-ZAQATALADA

Kişi ağacdan yıxıldı, dalağı partladı-ZAQATALADA

Zaqatalada 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Ucarliyiq.biz apa-ya istinadən xəbər verir ki, sentyabrın 19-da saat 20:30 radələrində rayonun Danaçı kənd sakini, 1957-ci il təvəllüdlü Ömər Ramazan oğlu Bucluyev daxili qanaxma xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Ömər Bucluyev yaşadığı evin həyətyanı sahəsində alma ağacından yıxılıb. Nəticədə Ömər Bucluyevin dalağı partlayıb. Əməliyyat vasitəsi ilə dalağı çıxarılan Ömər Bucluyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.