» » » Müəllimənin nəvəsi nənəsinə deyilən sözlərə dözə bilməyib"- ŞOK TƏFƏRRÜAT

Müəllimənin nəvəsi nənəsinə deyilən sözlərə dözə bilməyib"- ŞOK TƏFƏRRÜAT

Müəllimənin nəvəsi nənəsinə deyilən sözlərə dözə bilməyib"- ŞOK TƏFƏRRÜAT

"Bakıda dərsdə səs salan şagirdi döyən şagird müəllimənin nəvəsi olub."

Bu barədə Ucarliyiq.biz-a açıqlamasında 127 saylı orta məktəbin direktoru Mərhəmət Məmmədov deyib.

Onun sözlərinə görə, azərbaycan dili - ədəbiyyat fənnini tədris edən Ofelya Nəsirovaya dərs zamanı döyülən şagird Muradov Mustafa və digər şagirdlər tərəfindən hörmətsizlik edilib.
Müəllimənin nəvəsi İsmayılov Azad isə bu söhbətlərə dözə bilməyib. Mustafa ilə dalaşıb.

Direktor bildirib ki uşaqların arasında böyük dava olmayıb. Sadecə döyülən şagirdin valideyni müəllimənin nəvəsinin yəni İ.Azadın valideyninin üzr istəməsini gözləyib. Bun agörə bu cür informasiyalar yayılıb. Valideynlər işdə olduğundan döyülən uşağın valideynlərinə üzrxahlıq edə bilməyiblər.

"Hazırda mən valideynləri barışıdırıram. Məsələ ilə bağlı böyük dava yoxdur. Sadecə valideynlərin üzr istəmədiyinə görə məsələ uzanıb. Sadecə döyülən şagirdin valideyni müəllimənin nəvəsinin valideynlərinin onlardan üzr istəməməsindən inciyiblər. Valideynlərin hər ikisi ilə ayrı ayrılıqda danışmışam. Muradın valideynləri üzr istədikdən sonra məsələ həll olunacaq".- Direktor bildirib.

Qeyd edək ki, Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.

Aysel