» » » Hacıyev amerikalılardan 150 milyon dollar borc istəyir-ŞOK FAKTLAR

Hacıyev amerikalılardan 150 milyon dollar borc istəyir-ŞOK FAKTLAR

Hacıyev amerikalılardan 150 milyon dollar borc istəyir-ŞOK FAKTLAR

Azərbaycan Beynəlxalq Bankı özünün illik yenidən maliyyələşdirməsini həyata keçirmək üçün Amerikanın maliyyə bazarlarından kredit cəlb etmək üçün danışqlar aparır.

Ucarliyiq.biz bildirir ki, bu barədə "The Global Capital" nəşri bank çevrələrindəki mənbəyə istinadən yazıb.

Danışıqları aparmaq üçün cəlb olunan beynəlxalq səviyyəli bankirlərdən biri bildirib ki, Azərbaycan Beynəlxalq Bankı 150 milyon dollar həcmində banklararası kredit cəlb etməyə çalışır.

Bankirin bildirdiyinə görə, İsveçrənin Credit Suisse və Birləşmiş Ştatların JP Morgan, City bankları yenidən maliyyələşdirmədə aparıcı rol oynayır. Həmin banklardan Azərbaycan Beynəlxalq Bankı ilə danışıqlara dair şərh almaq mümkün olmayıb.

Azərbaycan Beynəlxalq Bankı Cahangir Hacıyevin milyardlarla dolları xarici offşor zonalara axıtması və kredit adı altında süpürgəçisindən tutmuş sürücüsünə, bağbana qədər ən müxtəlif adamların adına rəsmiləşdirib talaması nəticəsində ağır duruma düşüb. Bank prezidentin sərəncamı ilə özəlləşdirməyə hazırlanır və onun problemli aktivləri başqa maliyyə təşkilatına-"Aqrarkredit"ə verilib.(virtualaz.org )