» » » Dərsdə səs salan şagirdi müəlliminin oğlu döydü-Bakıda

Dərsdə səs salan şagirdi müəlliminin oğlu döydü-Bakıda

Dərsdə səs salan şagirdi müəlliminin oğlu döydü-Bakıda

Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb.
Ucarliyiq.biz bildirir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.