» » » DƏHŞƏT! Kütləvi zorlama- BAKIDA

DƏHŞƏT! Kütləvi zorlama- BAKIDA

DƏHŞƏT! Kütləvi zorlama- BAKIDA

Qrup şəklində təcavüz hadisəsinə dair cinayət işi qaldırılıb, cinayətin təfərrüatları araşdırılır.

Dünən Bakının Sabunçu rayonunda iki nəfər tərəfindən törədilmiş zorlama hadisəsi qeydə alınıb.

Ucarliyiq.biz bildirir ki, bu barədə Sputnik-ə rayon Polis İdarəsindən bildiriblər.

42 saylı Polis İdarəsinə Maştağa qəsəbə sakini, 24 yaşlı V.A. (ad etik normalara və istintaqın marağında açıqlanmır) müraciət edib.
V.A. bildirib ki, sentyabrın 19-da saat 18:00-da öz evində iki nəfər tərəfindən zorlanıb, onlardan birinin adı Siyavuşdur.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 42-ci polis bölməsinin əməkdaşları keçən gecə Maştağa qəsəbəsinin yetkinlik yaşına çatmayan sakinləri - Xəyyam Ağayev (2000-ci il təvəllüdlü) və Siyavuş Ağayevi (2001-ci il təvəllüdlü) saxlayıblar.

"Onlar zərərçəkənlə yaxınlığda yaşayırlar. Qohum deyillər, sadəcə soyadları eynidir. İlkin dindirilmə zamanı günahlarını etiraf etdilər. İşin materialları prokurorluğa verilib", - polisdən qeyd ediblər. Saxlanılan şəxslər polis bölməsində törətdikləri əmələ görə maraqlı açıqlama veriblər.
Onlar cinayəti qızın kənddə yüngültəbiətli olduğuna dair söz-söhbətin gəzdiyi üçün törədiblər. Belə ki, onlar bu cür şəxslə cinsi əlaqəyə girdiklərinə görə, cəzalandırılmayacaqlarını düşünüblər. İstintaq tərəfindən onların zərərçəkənin digər ailə üzvlərinin evdə olmadığını bildikdən sonra evə gəldikləri müəyyənləşdirilib.
Qrup şəklində təcavüz hadisəsinə dair cinayət işi qaldırılıb, cinayətin təfərrüatları araşdırılır.