» » » 3 avtomat, 4 tapança, 27 tüfəng, 4 qumbara...Nardaran hadisəsi

3 avtomat, 4 tapança, 27 tüfəng, 4 qumbara...Nardaran hadisəsi

3 avtomat, 4 tapança, 27 tüfəng, 4 qumbara...Nardaran hadisəsi

Son bir ildə Nardaran sakinlərinin təhvil verdiyi silah-sursatın siyahısı açıqlanıb.

Daxili işlər orqanlarının yaydığı məlumata görə, qəsəbədə cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində də diqqətəlayiq işlər görülür. Cari ilin ötən dövründə Nardaran sakinləri tərəfindən könüllü olaraq xeyli sayda silah-sursat, o cümlədən 3 ədəd avtomat, 4 tapança, 27 tüfəng, 4 əl qumbarası, 652 ədəd müxtəlif çaplı patron, həmçinin 6 "Molotov" kokteyli, 2 qumbara alışqanı, 5 sandıqça təhvil verilib və bu yöndə məqsədyönlü fəaliyyət davam etdirilir.

Qeyd olunub ki, hazırda paytaxtın Nardaran qəsəbəsində abadlıq-quruculuq işləri, sakinlərin sosial-məişət problemlərinin həlli, yeni iş yerlərinin açılması və infrastrukturun yaradılması istiqamətində zəruri tədbirlər uğurla həyata keçirilir.