» » » Kişi boşandığı arvadını qayçıladı-BAKIDA ŞOK OLAY

Kişi boşandığı arvadını qayçıladı-BAKIDA ŞOK OLAY

Kişi boşandığı arvadını qayçıladı-BAKIDA ŞOK OLAY

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Ramazan Dünyamalıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Ucarliyiq.biz report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, Abşeron rayonu Xırdalan şəhərinin 28-ci məhəlləsində şəhər sakini R.Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı 1988-ci il təvəllüdlü Şəbnəm Mürşüdovaya qayçı ilə xəsarət yetirib, hadisə yerini tərk edib. Yaralı ailə üzlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. R.Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham edilir.