» » » Şok kadrlar:Nənə və baba nəvələrinin ölümünə səbəb oldular - FOTO

Şok kadrlar:Nənə və baba nəvələrinin ölümünə səbəb oldular - FOTO

Şok kadrlar:Nənə və baba nəvələrinin ölümünə səbəb oldular - FOTO

"Evin açarlarını unutmuşuq. Otaqda qalıb. Sən gəl, evin damına çıx, oradan kəndirlə eyvana düş. Eyvandan gir otağa, açarla qapını aç, biz də içəri girək, yaxşı?!

Nənə və baba nəvələrinə bu tapşırığı verəndən sonra küçədə durub baxırdılar.

11 yaşlı nəvə evin divarındakı nərdivana dırmaşmağa başladı.
Ucarliyiq.biz milli.az-a istinadən bildirir ki, olay Çinin Siçuan vilayətindəki Daçjou bölgəsində, Syuaehan kəndində yaşanıb.

72 yaşlı baba və 67 yaşlı nənə mənzilin açarlarını evdə qoyub çıxmışdılar, qapı da bağlanmışdı.

Kəndirdən tutub aşağıya, damdan dördüncü mərtəbədəki eyvana düşmək istəyən nəvə açarı götürüb qapını açmalı, nənə və baba da mənzilə girməliydilər.

Lakin ip qırılıb və uşaq dördüncü mərtəbədən düşüb. Nəvə hadisə yerində həlak olub.

11 yaşlı uşaq beşinci sinif şagirdi idi. Onun valideynləri şəhərdə yaşayıb işlədiklərindən uşağa kənddəki nənəsi və babası baxırdılar./milli.az/

Şok kadrlar:Nənə və baba nəvələrinin ölümünə səbəb oldular - FOTO