» » » Dincəlməyə gələnlər peşman oldu - VİDEO - FOTO

Dincəlməyə gələnlər peşman oldu - VİDEO - FOTO

Dincəlməyə gələnlər peşman oldu - VİDEO - FOTO

Şəmkir polisi rayon ərazisində quldurluq və soygunçuluqla məşğul olan dəstəni zərərsizləşdirib. Dəstə üzvləri bir neçə vətəndaşa zor tətbiq etməklə əmlakını ələ keçiriblər. Dırnaqarası qəhrəmanlar növbəti çirkin əməlllərindən sonra isti izlərlə yaxalanıblar.

Şəmkir sakinləri Bəxtiyar Cəlilov və Elmar Sadıqov asan qazanc yolunu başqasının əmlakına ələ keçirməkdə tapıblar. Dostlar rayonun əsas istirahət güşəsini özləri üçün ünvan seçərək burada dincələn müxtəlif şəxslərin əmlakını quldurluq və soyğunçuluq yolu ilə ələ keçiriblər. Onlar ilk çirkin əməllərini Şəmkir sakini Təbriz Tağıyevə qarşı reallaşdırıblar. Bəxtiyar Cəlilov və Elmar Sadıqov Tağıyevi döyüb xəsərət yetirərək onun mobil telefonunu, 300 manat nəğd pulunu, qol saatını və qızıl üzüyünü zorla ələ keçiriblər.

"Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində həmin cinayət hadisəsinin Şəmkir rayon sakinləri 1999-cu il təvəllüdlü Cəlilov Bəxtiyar Yalçın oğlu və 1999-cu il təvəllüdlü Sadıqov Elmar Rafael oğlu tərəfindən törədilməsi müəyən edilib. Hər iki şəxs Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub".

Bundan başqa hər iki şəxs elə həmin gün Gədəbəy sakini Samir Hüseynovu döyməklə mobil telefonunu və 20 manat nəğd pulu alıblar. Onlar əməllərini etiraf etməklə hadisəni sərxoşluq zəminində törətdikləri deyiblər.

Bəxtiyar Cəlilov, saxlanılan şəxs: "Bunlar əvvəlcə telefonunu götürdülər. Sonra mən də qol saatını aldım. Bir də pulunu götürüb çıxdım. Sonra hərə öz evinə getdi".

Elmar Sadıqov, saxlanılan şəxs: "Biz telefonu götürüb çəkildik. Bəxtiyar dedi, gözləyin, mən də gəlirəm. Bir də gələndə dedi ki, saatını və 30 manat pulunu almışam".

Şəmkir polisi Bəxtiyar Cəlilov və Elmar Sadıqovun digər cinayət hadisələrində iştirak edib-etmədiklərini araşdırır. Hazırki faktlarla bağlı isə açılan cinayət işi üzrə araşdırmalar aparılır.