» » » Şəkidə DƏHŞƏTLİ HADİSƏ: Məhkəmədən çıxan kimi özünü asdı

Şəkidə DƏHŞƏTLİ HADİSƏ: Məhkəmədən çıxan kimi özünü asdı

Şəkidə DƏHŞƏTLİ HADİSƏ: Məhkəmədən çıxan kimi özünü asdı

Şəki rayonunun Baş Göynük kəndində intihar hadisəsi baş verib.

Ucarliyiq.biz qafqazinfo-ya istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Məhəmmədhəsənov Nüsrət Fikrət oğlu dünən özünü meşədə asıb.

Belə ki, N.Məhəmmədhəsənov bir müddət öncə üzərində qanunsuz silah olduğu üçün saxlanılıb. Ona Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah daşıma) maddəsi ilə cinayət işi açılıb. Hazırda isə Şəki Şəhər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

N.Məhəmmədhəsənov dünən növbəti məhkəmə iclasında iştirak edib. Prosesdən sonra rayondan kəndə qayıdan dağ yolunda meşədə özünü asıb.

Onun evə gəlmədiyini biləndən sonra axtarışlara başlanılıb və bu gün meşədə asılmış meyidi tapılıb.
Araşdırma aparılır.

Qeyd edək ki, Məhəmmədhəsənov Şəkidə imkanlı şəxs kimi tanınır və uzun müddət ovla məşğul olub. Mərhumun ferması, villası və marketləri var.