» » » "Binə" Ticarət Mərkəzinin rəhbəri PUL ATDI: 46 min dollar

"Binə" Ticarət Mərkəzinin rəhbəri PUL ATDI: 46 min dollar

"Binə" Ticarət Mərkəzinin rəhbəri PUL ATDI: 46 min dollar

"Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova dələduzluqda ittiham olunur.

Ucarliyiq.biz report-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək K.Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları pulunu ələ keçirdiyini bildirib.

Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov report-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Lakin o, K.Məmmədovanın heç kimdən pul almadığını deyib: "Əksinə, Kəbirə xanım daim xeyriyyəçilik əməlləri ilə məşğul olub. Yəni, o, çox adama pul verib, lakin heç kimdən pul almayıb".