» » » Müdirinin evindən oğurluq etdi...BAKIDA

Müdirinin evindən oğurluq etdi...BAKIDA

Müdirinin evindən oğurluq etdi...BAKIDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən - Rəşad Əzimov, Mərhəmət Sədirov və Nahid Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ucarliyiq.biz-ın apa-ya istinadən verdiyi məlumata görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Əzimov 9 il, M. Sədirov 8 il 6 ay, N. Həsənov 8 il müddətində azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Mərhəmət Sədirov, Nahid Həsənov və Rəşad Əzimovu Bakı Şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin əməkdaşları ifşa edib. Məlum olub ki, onlar Xəzər rayon Şüvəlan qəsəbə sakini Zaur Aslanovun villasından xeyli məişət, geyim əşyaları, bahalı velosiped, antik samovar və xəncərlər oğurlayıblar. Dindirmə zamanı Mərhəmət Sədirov bildirib ki, o Zaur Aslanova məxsus mebel sexində işləyib. Uzun müddət işləsə də əmək haqqını ala bilməyib və qisas məqsədi ilə müdirinin evini qarət etmək fikrinə düşüb. Dəstə üzvləri oğurladıqlarını avtomobillə paytaxtın Bakıxanov qəsəbəsinə gətiriblər. Orda telefonla danışıb Quba rayonunda müştəri tapdıqdan sonra aparıb satmaq istəyiblər. Polis Mərhəmət Sədirov, Nahid Həsənov və Rəşad Əzimovu saxlayarkən oğurluq əşyalarla yanaşı 19 kiloqram da marixuana aşkar edib. Rəşad Əzimov əvvəllər də quldurluq maddəsi ilə məhkum olunub. Faktla bağlı saxlanılan hər üç şəxs barəsində Bakı Şəhər Baş Polis idarəsinin İstintaq idarəsində cinayət işi başlanıb.