» » » Toy günü qaçan qızın qaynatası: O qız oğlumla...- DƏHŞƏTLİ FAKTLAR

Toy günü qaçan qızın qaynatası: O qız oğlumla...- DƏHŞƏTLİ FAKTLAR

Toy günü qaçan qızın qaynatası: O qız oğlumla...- DƏHŞƏTLİ FAKTLAR

Ağsu rayonunda qızın toyuna bir gün qalmış sevdiyi oğlanla qoşulub qaçması barədə xəbər vermişdik. Bildirilirdi ki, qız İsmayıllı rayonunun Topçu kəndindən olan qohumuna nişanlıymış. Toydan bir gün əvvəl isə məlum olub ki, qız başqasıyla qaçıb.

Ucarliyiq.biz bildirir ki, Əhməd Əhmədovun (bəyin) atası Ağasi Əhmədov (adlar şərtidir-red.) baş vermiş hadisəylə bağlı ölkə.az-a danışıb.

- Toy nə vaxt olmalıydı?
- Ayın 21-də.

- Deyəsən, qızın ailəsi ilə qohumsunuz.
- Bəli, yoldaşımla həmin qız xalaqızıdırlar.

- Əhməd indi haradadır?
- Bakıdadır.

- Əvvəldən bilirdiniz ki, bu qızın istədiyi olub?
- Heç birindən xəbərim olmayıb. Dörd ay əvvəl gedib ad eləmişik, nişanlamışıq. Oğlumla qızın bir-biri ilə telefon əlaqəsi olub, görüşüblər.

- Oğlunuzun 22 yaşı var. Bəs qızın?
- Qızın 19 yaşı var.

- Qız ailə qurub, yoxsa kimləsə qaçıb gedib, öz ailəsinin də xəbəri yoxdur?
- Qızın haraya getdiyindən ailəsinin də xəbəri yoxdur.

- Toy İsmayıllıda olacaqdı, yoxsa Ağsuda?
- Sentyabrın 17-də Ağsuda qız toyu olmuşdu. Gəlib oğlan toyuna hazırlaşdıq. Onlara dedik ki, qızı aparaq bir qohumgildə qoyaq, oradan aparaq şadlıq sarayına. Çünki məsafə uzaqdır, biz də toya hazırlaşmalıydıq. Dedik ki, heç olmasa, bir gün əvvəl aparaq, yenə də razılaşmadılar. Mən burada bütün hazırlığımı gördüm, adamlarımı çağırdım, heyvanlarımı kəsdim. "Topçu" şadlıq sarayında sentyabrın 21-də toy olacaqdı. Saat 2-3 radələrində xəbər gəldi ki, toyu saxlayın, gəlin qaçıb.

- Xəbəri kim verdi sizə?
- Tez-tez buradan orayla əlaqə saxlanılırdı. Bir dəfə zəng edəndə də belə dedilər.

- Bu qızı uşaq vaxtından tanımısınızmı? Bəlkə hansısa psixi problemi olub?

- Normal insan idi. Ailələrini əvvəldən də tanımışam, son 3-4 ay da mütəmadi gedib-gəlmişik. Qız yoldaşımla doğma xalaqızıdırlar.

- Adətən qadınlar belə münasibətlərdə əlaqələndirici rolunu oynayırlar. Bu evlilik həyat yoldaşınızın məsləhətiylə olmuşdu?

- Xeyr, oğlum əsgərlikdən əvvəl görüb bəyənmişdi. Onlar da bizə gəlib-gedirdilər. Əsgərlikdən bir müddət sonra dedi ki, o qızı istəyirəm, ya da heç kimlə evlənməyəcəm.

- Xeyli xərc çəkmisiniz. Yaxın zamanlarda oğlunuzu evləndirmək fikriniz var, yoxsa toy məsələsi uzunmüddətli təxirə salındı?
- Toy məsələsini təxirə salmışıq.

- Qarşı tərəflə bütün münasibətlər kəsilib?

- Bütün əlaqələr kəsilməlidir. Gəlib cehizlərini götürüb aparmalıdırlar.

- Hətta cehizlər də gəlibmiş...

- Hər şeyi gətirilmişdi. Bizdə toydan bir gün əvvəl məsləhət axşamı adlanır. Bu xəbəri də məsləhət axşamı saat 3-də veriblər.

- Hadisədən sonra qızın valideynlərilə telefon danışığınız olub?

- Söhbətimiz olub. Gördüm ki, hər şey bitib, çox dərinə getmədim. Qızın atası deyir, xəbərimiz yoxdur. Bunun əvvəldən istədiyinin olduğunu bizə deməyiblər.

- Siz dəqiq bilirsiniz ki, qız istədiyi oğlana qoşulub qaçıb? Bəlkə, başına bir hadisə gəlib...

- Onu qızın atası, anası bilər.

- Bilsəniz ki, qoşulub qaçmayıb, başına hadisə gəlib, bağışlayarsınız?

- Nəyini bağışlayacağam? O bizim ürəyimizdən silindi getdi. Elə bil ki, elə bir insan olmayıb. Burada mən ziyana, xərcə düşmüşəm. Elə onlar da ziyana düşüblər.

- Oğlunuz Bakıya işlə bağlı gedib?

- İşlə bağlı gedib. Orada tanış adamlarımızın, qohumların yanındadır.

- Hansı halda qarşı tərəflə barışarsınız?
- Heç bir halda.

- Deyəsən, ailənizdə ilk toy idi.
- Bəli, iki oğlum var, birinci toy idi.

- Bu hadisədən nə dərs götürmüş oldunuz?
- O qız mənim qapıma gəlsəydi, necə olardı? Bəlkə, gəlib buradan qaçıb gedəcəkdi.

- Yəni ziyanın yarısından qayıtmaq məsələsi...
- Bəli, elədir. Gələrdi, burada başqa söhbət olardı, el içində biabır olardım.

- İndiki halda düşünürsünüz ki, biabır olmamısınız...
- Fakt burada bizlik bir şey yoxdur. Qohumuq... Qızın nişanda, qız toyunda çəkdirdiyimiz fotoları yandırdıq. Onun burada mebeli və yorğan-döşəyi qalır.

- Onların gəlib cehizi aparmağını necə qarşılayacaqsınız?
- Onunla müharibə edəsi deyiləm ki. Xərc çəkmişəm, başlıq pulu, gəlinlik paltarının pulunu vermişəm.

- Toya nə qədər xərciniz çıxmışdı?
- Təxminən on min manat.