» » » İçkiyə tövbə etdi, narkotikə başladı - "Bir daha etməyəcəm" - VİDEO - FOTO

İçkiyə tövbə etdi, narkotikə başladı - "Bir daha etməyəcəm" - VİDEO - FOTO

İçkiyə tövbə etdi, narkotikə başladı - "Bir daha etməyəcəm" - VİDEO - FOTO

ARB TV xəbər verir ki, Saatlı polisinin təşkil etdiyi əməliyyat zamanı narkotik vasitə aludəçisi olan Fətəlikənd kənd sakini, 37 yaşlı Qəzəli Bulkvadze saxlanılıb.

Onun yaşadığı ünvanda torbalara qablaşdırılmış ümumi çəkisi 409,088 qram qurudulmuş marixuana aşkar olunub.

Məlum olub ki, Bulkvadze çətənə kollarını bir neçə müddət öncə çöl sahədə kanal qırağında tapıb. Daha sonra əldə etdiyi toxumları əkərək aqrotexniki qaydada qulluq edərək yetişdirib.

Qəzəli Bulkvadze - saxlanılan şəxs: "Balıq tutarkən göl qırağından tapmışam. Narkotik olduğunu bilirdim. Qoxusuna baxdıqdan sonra tam əmin oldum. Toxumları daha sonra əkdim. İçkini buraxıb, tövbə etmişdim. Yaxşı yata bilmirdim deyə narkotik çəkirdim. Düşünmürdüm ki, içkini buraxandan sonra narkotikə başlayacam. Çox peşmanam. İndi baxıram ki, narkotiksiz həyatı yaşamaq daha gözəldir. Bir daha etməyəcəm".

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.