» » » Həmyerlisini bıçaqlayan tutuldu - SUMQAYITDA

Həmyerlisini bıçaqlayan tutuldu - SUMQAYITDA

Həmyerlisini bıçaqlayan tutuldu - SUMQAYITDA

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Ucarliyiq.biz Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 22-də Sumqayıt şəhəri ərazisindən şəhər sakini Məmmədyar Kərimov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Dmitriy Məmmədov tutulub.