» » » Avtomobil 50 yaşlı qadını vurub

Avtomobil 50 yaşlı qadını vurub

Avtomobil 50 yaşlı qadını vurub

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Göygöl rayon sakini, 1966-cı il təvəllüdlü Azər Qurbanov yolu keçmək istəyərkən VAZ markalı avtomobillə vurulub.

Sürücü xəsarət alan piyadanı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)