» » » "AZZA"da OĞURLUQ
"AZZA"da OĞURLUQ

Bakıda yerləşən şirniyyat mağazasından oğurluq edilib.

Ucarliyiq.biz "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə "AZZA" MMC-nin Təhlükəsizlik Xidmətindən Səbail Rayon Polis İdarəsinə məlumat daxil olub.

Müəyyən edilib ki, şirkətin Xəqani prospekti 84 ünvanında yerləşən mağazaya 2 naməlum şəxs daxil olub. Onlar 100 manat dəyərində "Chivas Regal" viskilərini oğurlayıblar.

Araşdırma aparılır.