» » » Şəmkirdə yol qəzası:xəsarət alanlar var

Şəmkirdə yol qəzası:xəsarət alanlar var

Şəmkirdə yol qəzası:xəsarət alanlar var

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

"Opel" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, Şəmkir rayon Sarıtəpə kənd sakinləri, 1966-cı il təvəllüdlü Qalib Quliyev və 1972-ci il təvəllüdlü Nurəddin Rzaquliyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.(virtualaz.org)