» » » Naxçıvanda iki qardaşın acı SONU

Naxçıvanda iki qardaşın acı SONU

Naxçıvanda iki qardaşın acı SONU

Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucarliyiq.biz DİN-ə istinadən bildirir ki, sentyabrın 23-də saat 19.00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xök kəndində rayon sakini Təbriz Hüseynli idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakinləri Rəmzi Seyidovu və qardaşı Səbrini vurub. Xəstəxanaya yerləşdirilmiş Rəmzi və Səbri orada ölüblər.

Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.