» » » Çoxmərtəbəli yaşayış binasında yanğın olub - Bakıda

Çoxmərtəbəli yaşayış binasında yanğın olub - Bakıda

Çoxmərtəbəli yaşayış binasında yanğın olub - Bakıda

Bakı şəhəri, Xətai rayonunda yanğın olub.

Ucarliyiq.biz FHN-ə istinadən bildirir ki, çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 m² sahədə mətbəx mebeli, havatəmizləyici və qaz sobası yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.