» » » "Sədərək" YANIR - YENİLƏNİB - VİDEO - FOTO

"Sədərək" YANIR - YENİLƏNİB - VİDEO - FOTO

"Sədərək" YANIR - YENİLƏNİB - VİDEO - FOTO

Bakının Qaradağ rayonunda "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğının qarşısı alınıb.

Ucarliyiq.biz FHN-in saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında başlayan yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

----------

09:58

Hadisə şahidlərinin sözlərinə görə, "Sədərək"də, 8-ci sırada baş verən yanğında hələ də FHN əməkdaşları çalışmaqdadırlar.

Hadisə yerində yanğın görünməsə də qatı tüstü var. Ərazidə işləyən aidiyyatı qurumların əməkdaşları hadisə yerinə heç kəsi buraxmadıqlarına görə içəridə qalan malları sahibkarlar çıxara bilmirlər.

Yanğına FHN-nin xeyli sayda yanğınsöndürən maşınları cəlb olunub.

------------

09:29

"Sədərək" ticarət mərkəzində güclü yanğın başlayıb.

Ucarliyiq.biz azvision.az-a istinadən bildirir ki, yanğın hadisəsi bu gün səhər saatlarında 8-ci sırada qeydə alınıb.

Hazırda yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə yanğınsöndürmə briqadaları və FHN-in canlı qüvvəsi cəlb olunub.