» » » Özündən 30 yaş kişini öldürdü- GƏNCƏDƏ

Özündən 30 yaş kişini öldürdü- GƏNCƏDƏ

Özündən 30 yaş kişini öldürdü- GƏNCƏDƏ

Gəncədə qətl hadisəsi törədilib.

Ucarliyiq.biz apa-ya istinadən xəbər verir ki, hadisə ötən axşam şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini 1966-cı il təvəllüdlü Əbülfət Quliyev mübahisə zəminində 1996-cı il təvəllüdlü Səmral Hüseynzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.