» » » Toyda döyüldü, bir gün sonra öldü - ŞƏMKİRDƏ

Toyda döyüldü, bir gün sonra öldü - ŞƏMKİRDƏ

Toyda döyüldü, bir gün sonra öldü - ŞƏMKİRDƏ

Şəmkir rayonunda qətl törədilib.

Ucarliyiq.biz xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 25-də Şəmkir rayonunun Keçili kəndindən kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya gətirilib. Q.Qarayev ehtiyatsızlıq nəticəsində yıxıldığını bildirib. Ona tibbi yardım göstərildikdən sonra buraxılıb. Həmin şəxs sentyabrın 26-da evində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Q.Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyülməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əlövsətli tutulub.