» » » Polislər 23 yaşlı oğlanın həyatı xilas etdilər-BAKIDA

Polislər 23 yaşlı oğlanın həyatı xilas etdilər-BAKIDA

Polislər 23 yaşlı oğlanın həyatı xilas etdilər-BAKIDA

Bakıda 23 yaşlı oğlan intihara cəhd edib.

Binə qəsəbəsində kirayə yaşayan 1993-cü il təvəllüdlü Həsən Cavadzadə intihar məqsədi ilə Nizami rayonu Ə.Hacıyev küçəsi ev 46 ünvanında yerləşən 16 mərtəbəli yeni tikilinin damından özünü atmaq istəyib. Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Polislər H.Cavadzadə ilə söhbətlər apararaq onu intihar etmək fikrindən daşındırıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.( report)