» » » Bakıda DƏHŞƏT: Gənc oğlan qatarın altında can verdi - Sərnişinlər yolda qaldılar

Bakıda DƏHŞƏT: Gənc oğlan qatarın altında can verdi - Sərnişinlər yolda qaldılar

Bakıda DƏHŞƏT: Gənc oğlan qatarın altında can verdi - Sərnişinlər yolda qaldılar

Sumqayıtdan Bakıya gələn sürət qatarının hərəkətində problem yaranıb. 08:00-da yola düşən qatar bir neçə dəqiqə yolda gözləməli olub.

Buna səbəb kimi Tbilisi-Bakı qatarının adam vurduğu bildirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov açıqlamasında bu faktı təsdiqləyib.

Qurum rəsmisi bildirib ki, səhər saatlarında Tbilisidən Bakıya gələn qatar paytaxt ərazisində cavan oğlanı vurub: "Həmin oğlan qulaqcıq taxdığı üçün qatarın gəldiyini bilməyib. Nəticədə qatar onu vurub. Oğlan hadisə yerində keçinib. Bu səbəbdən Sumqayıt-Bakı qatarının hərəkətində gecikmə yaranıb. Hazırda aidiyyatı qurumuların əməkdaşları hadisə yerində işləyirlər, qatarların hərəkəti bərpa edilib".