» » » Aparıcı Zaurun evi su altında qaldı - VİDEO

Aparıcı Zaurun evi su altında qaldı - VİDEO

Aparıcı Zaurun evi su altında qaldı - VİDEO

Dünən yağan leysan ATV-nin aparıcısı Zaur Baxşəliyevin də kefinə soğan doğrayıb.

Ucarliyiq.biz bildirir ki, yaşadığı məhəlləni su basan aparıcı acınacaqlı durumun videogörüntüsünü çəkərək "Instagram" səhifəsində paylaşıb.
"Dünənki yağışdan sonra bizim məhəlləmiz. Artıq neçə illərdir ki, bu vəziyyətdədir. Dəfələrlə qonşular, hamımız yığılıb əlimizdən gələni etsək də, vəziyyət yenə də olduğu kimi qalır. Məncə artıq əncam çəkməyin vaxtıdır".

Bu statusuna görə hər kəs onu qınayıb: "Hamının problemini həll edirsən, amma özününkünü yox". (publika)