» » » Şirkətə basqın edildi-GƏNCƏDƏ

Şirkətə basqın edildi-GƏNCƏDƏ

Şirkətə basqın edildi-GƏNCƏDƏ

Gəncə şəhərində maskalı şəxslər şirkətə basqın ediblər.

Ucarliyiq.biz "Report"a istinadən bildirir ki, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində baş verib.

Belə ki, naməlum şəxslər orada yerləşən şirkətin gözətçisini döyüblər və sonra isə içərisində 80 min manat olan seyfi özləri ilə aparıblar.

İlkin məlumatlara görə, basqınçılar iki nəfər olub.

Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən sayta verilən məlumata görə, ötən axşam baş verən hadisə ilə bağlı əməliyyat-axtarış qrupu yaradılıb.