» » » İcra Hakimiyyəti məhkəməyə verilib

İcra Hakimiyyəti məhkəməyə verilib

İcra Hakimiyyəti məhkəməyə verilib

"Mədəniyyət" kanalının keçmiş proqram rəhbəri Danial Aşurbəyov və qardaşı Fərid Aşurbəyov Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Qardaşlar icra hakimiyyətinə qarşı kompensasiya ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət ediblər.

Məhkəmə iddianı qeyri-mümkün sayıb.

Bundan sonra onlar apellyasiya şikayəti veriblər. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.